Heute ist der Feiertag des Heiligen Apostels Bartholomäus, der von den aserbaidschanischen Katholiken als Schutzpatron Aserbaidschans und von den aserbaidschanischen orthodoxen Christen als Schutzpatron der Stadt Baku anerkannt wird. Lokalen Überlieferungen zufolge war der Heilige Bartholomäus der erste, der das Christentum auf dem Gebiet des heutigen Aserbaidschans predigte. Ebenso glauben die einheimischen Christen, dass der Heilige Bartholomäus in Baku bei lebendigem Leib gehäutet und hingerichtet wurde. Aus diesem Grund befand sich in der Nähe des Jungfrauenturms eine heilige Bartholomäus-Kirche. Die Sowjets zerstörten die Kirche jedoch, ihre Überreste sind jedoch bis heute erhalten. Im Jahr 2003 überreichte der griechisch-orthodoxe Patriarch Bartholomäus I. von Konstantinopel den aserbaidschanischen Christen einige der Knochen und Reliquien des Heiligen Bartholomäus als Geschenk. Diese Reliquien werden heute in der Myrrhenträger-Kathedrale in Baku aufbewahrt.

Heiliger Apostel Bartholomäus, bete für Aserbaidschan!

https://www.reddit.com/gallery/1f0bpss

Von Leamsezadah

2 Comments

  1. Leamsezadah on

    Həvari Bartalmay Litaniyası

    + Ata, Oğul və Müqəddəs Ruhun Adı ilə. * Amin

    Ya Rəbb, bizə rəhm et!
    Ya Məsih, bizə rəhm et!
    Ya Rəbb, bizə rəhm et!

    Ya Məsih, eşit bizi! * Ya Məsih, dinlə bizi!

    Ey Səmavi Ata Allah, bizə rəhm et,
    Ey Oğul, Dünyanın Xilaskarı Allah, bizə rəhm et,
    Ey Müqəddəs Ruh, Allah, bizə rəhm et,
    Ey Ali-Müqəddəs Üçlük, Vahid Allah, bizə rəhm et.

    Müqəddəs Məryəm, Allah Anası, bizim üçün dua et,
    Müqəddəs Ali-Mələklər və Mələklər, bizim üçün dua edin.

    – Ey, Müqəddəs Bartalmay, Məsihin Həvarisi! Allahın İradəsi ilə, sənə bizim vətənimizin torpaqlarında Müjdəni bəyan edib yaymaq nəsib oldu. Bizim yurdumuza nəzər sal, Məsih üçün qanını axıtdığın bu torpaqlara nəzər sal və dualarınla Rəbbimizdən və Xilaskarımızdan Azərbaycan üçün xeyirdua dilə. Qoy Rəbbimiz bizim torpağa sülh bəxş etsin, ölkəmizi müharibə dəhşətindən, təbii, ictimai və digər fəlakətlərdən qorusun. Dua et ki, bizim ölkədə sülh və əminamanlıq bərqərar olsun, xalqımız mənən və cismən sağlam olsun.

    Müqəddəs Bartalmay, bizim üçün dua et.

    – Ey, Müqəddəs Bartalmay, səni Rəbbimiz əncir ağacının kölgəsində oturan gördü, bu o deməkdir ki, sən o an Həqiqət haqqında düşünürdün. Və Rəbb sənin axtarışlarına cavab verdi, sənə qarşı gəldi, və sən intizarında olduğun Həqiqəti tapdın. Dua et ki, xalqımız Məsihə aparan yolu tapsın, qoy Rəbbimiz Ruhunun Nuru ilə xalqımızın qəlbini aydınlatsın, və o Həqiq və Var Olan Allahı, və Allahın göndərdiyi Məsihi həqiqətin tamamlığında tanısın. Allaha dua et ki, indi də, sən tək “əncir ağacının altında oturub”, Həqiqəti axtaranlar, Onu Azərbaycandaki Kilsəsinin vasitəsilə tapa bilsinlər.

    Müqəddəs Bartalmay, bizim üçün dua et.

    – Ey, Müqəddəs Bartalmay, sən şübhələrini qizlətmədin və onları “Nazaretdən yaxşı bir şey çıxarmı?” sözlərin ilə bəyan etdin. Allaha dua et ki, bizim xalqın içində Müqəddəs Katolik Kilsəsi və Onun övladları haqqında önyarğıların və yalanların əsarətində yaşayan, Kilsənin təliminə şübhə ilə yanaşan insanları Rəbbimiz bu əsarətdən azad etsin, və ürəklərində həqiqət yanğısı yaratsın.

    Müqəddəs Bartalmay, bizim üçün dua et.

    – Ey, bizim müqəddəs himayədarımız, sən Məsih haqqda Onun Adını çağıraraq xəstələrə şəfa verməklə şəhadət verirdin. Rəbbimiz İsa Məsihə dua et ki, O Öz Rəhmini və Mərhəmətini Azərbaycanda mənəvi və cismani xəstəliklərdən əziyyət çəkənlərdən əsirgəməsin və onlara şəfa versin. Allaha dua et ki, O Azərbaycanda olan Kilsəsinin xadimlərinə şəfa vermək ənamını bəxş etsin və bununla bizim iman şəhadətimiz Allahın Rəhmi və Mərhəmətinin nişanələri ilə dəstək alsın, Kilsə əzab çəkənlərə və naümid qalanlara şəfa verə bilsin.

    Müqəddəs Bartalmay, bizim üçün dua et.

    – Ey, şəhid olmuş həvari, sən İncili vəz etdiyin üçün böyük əzablara və ağrılara məhkum oldun, lakin Məsihə sona qədər sadiq qalaraq, həyatını qurban verdin. Allaha dua et ki, O bizi imanda sadiq və iradəli etsin, bizi bütün şübhələrdən və yalançı düşüncələrdən azad etsin, bizə aydın ümid bəxş etsin. Dua et ki, biz heç bir zaman ruh düşkünlüyünə və ümidsizliyə qərq olmayaq. Dua et ki, Məsih bizim qəlblərimizi kamil məhəbbətlə bol etsin və biz cəmiyyətimizə xidmət edərək, ehtiyacı olanlara mərhəmət göstərərək Onun haqqında şəhadət verək. Qoy Allah bizə sən tərəfdən vəz olunan İncilə sadiq qalmaqda yardım etsin.

    Müqəddəs Bartalmay, bizim üçün dua et.

    Üzərinə dünyanın günahlarını götürən, Allahın Quzusu, * bizi bağışla, ey Rəbb
    Üzərinə dünyanın günahlarını götürən, Allahın Quzusu, * bizi eşit, ey Rəbb
    Üzərinə dünyanın günahlarını götürən, Allahın Quzusu, * bizə rəhm et, ey Rəbb

    Dua edək:
    Ey, Külli-İxtiyar Allah, Rəhmin və Mərhəmətin naminə bizim dualarımızı qəbul et, və müqəddəs həvari Bartalmayın vəsatətçiliyi ilə, bizə Səndən dilədiklərimizi bəxş et. Bunu, Səninlə və Müqəddəs Ruhla birlikdə indi və əbədiyən hökm edən Oğlun, Rəbbimiz İsa Məsihin adına Səndən diləyirik. Amin

Leave A Reply